Yetim uşaqlar təhsil haqqından azad edildi

Yetim uşaqlar təhsil haqqından azad edildi

Nazirlər Kabineti 2010-cu il 1 iyul tarixli 129 nömrəli qərarı ilə təsdiq edilən "Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları"nda dəyişiklik edib. Kabinetdən SİA-ya verilən xəbərə görə, dəyişiklik doktoranturada təhsilin əsasları ilə bağlıdır. Doktoranturada təhsil dövlət hesabına və (və ya) ödənişli əsaslarla həyata keçirilir.

Dəyişikliyə əsasən, valideynlərini itirən və valideyn himayəsindən məhrum olan uşaqlar, habelə onların arasından olan şəxslər dövlət, bələdiyyə və özəl ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə