Səməd Seyidov: “Bu məsələ, bəzi qüvvələr tərəfindən Azərbaycana qarşı istifadə olunur” AÇIQLAMA

Səməd Seyidov: “Bu məsələ, bəzi qüvvələr tərəfindən Azərbaycana qarşı istifadə olunur” AÇIQLAMA

"Heç kim istəməz ki, Azərbaycan-Rusiya münasibətləri arasında hansısa problemlər ortaya çıxsın". Bunu SİA-ya Milli Məclisin deputatı, professor Səməd Seyidov Rusiyada miqrantlara qarşı qeyri-etik davranışların, təzyiqlərin Azərbaycan-Rusiya münasibətlərinə təsir imkanları ilə bağlı məsələlərə münasibət bildirərkən deyib.

"Bu mənada hesab edirəm ki, Azərbaycan vətəndaşı, Rusiyada miqrant həyatı yaşayan Orxan Zeynalovla bağlı məlum hadisə iki dövlət arasındakı münasibətlərə heç bir təsir göstərə bilməz. Çünki bu, bəzi qüvvələr tərəfindən Azərbaycana qarşı istifadə olunan məsələdir. Amma ümumi strateji əməkdaşlıq, Azərbaycanın bütün qonşu dövlətlərlə, ölkələrlə bərabər və qarşılıqlı hörmət səviyyəsində həyata keçirilir".

Bütün xəbərlər Facebook səhifəmizdə