Aydın Əliyev: "Xudafərin keçid məntəqəsinin bərpası üçün İranın razılığı olmalıdır"

Aydın Əliyev: "Xudafərin keçid məntəqəsinin bərpası üçün İranın razılığı olmalıdır"

"Azərbaycanla İran arasındakı sərhəddə Gömrük keçid məntəqəsinin bərpası ilə bağlı məsələ hələ ki, söhbət səviyyəsindədir". Bu sözləri Gömrük Komitəsinin sədri Aydın Əliyev jurnalistlər verdiyi açıqlamasında deyib.

O bildirib ki, ölkəmiz tərəfindən təklif irəli sürülsə də, hələ ki məsələ ilə bağlı ciddi addımların atılacağı gözlənilmir: "Biz İranla sərhəddə yerləşən Xudafərin keçid məntəqəsini bərpa etmək istəyirik. Sərhəd bölgəsinə yaxın olduğu üçün bu, bizə daha çox lazımdır. Lakin bu məsələdə hər iki tərəfin razılığı əsas rol oynayır".

Bütün xəbərlər Facebook səhifəmizdə