Lord German Maykl: "Ölkə rəhbərliyini şəffaf seçkilər keçirilməsi münasibətilə təbrik edirəm"

Lord German Maykl: "Ölkə rəhbərliyini şəffaf seçkilər keçirilməsi münasibətilə təbrik edirəm"

Böyük Britaniya Lordlar Palatasının üzvü Lord German Maykl seçkilərlə bağlı Müstəqil Mətbuat Mərkəzində mətbuat konfransı keçirib. SİA-nın xəbərinə görə, konfransda çıxış edən rəsmi qeyd edib ki, paytaxt Bakının 2 rayonunun dairə və seçki məntəqələrində müşahidəçi qismində iştirak edib.

Lord German Maykl Ceymsin sözlərinə görə, məntəqələrdə seçkiləri həm xarici müşahidəçilərin, həm partiya üzvlərinin, həm də vətəndaş cəmiyyəti üzvlərinin izləməsi üçün lazımi mühit yaradılıb: "Azərbaycan hakimiyyəti şəffaf və peşəkar seçkilərin keçirilməsinə çalışıb və düşünürəm ki, bu məsələdə istədiyinə nail olub. Gənclərin və orta nəslin, hətta ən yaşlı vətəndaşların seçici qismində iştirakı zamanı aktivlik göstərməsi bizim üçün maraqlı idi. Ölkə rəhbərliyini və Mərkəzi Seçki Komissiyasını şəffaf seçkilər keçirilməsi münasibətilə təbrik edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə