Hindistan müşahidə qrupu seçkilərlə bağlı hesabat açıqlayıb

Hindistan müşahidə qrupu seçkilərlə bağlı hesabat açıqlayıb

Hindistan müşahidə qrupu Azərbaycanda keçirilən seçkilərə dair hesabatını açıqlayıb. SİA-nın məlumatına görə, bəyanat haqqında məlumat verən Hindistan müşahidə qrupunun rəhbəri, Hindistan parlamentinin üzvü Süvesh Küsevani bildirib ki, müşahidə qrupu 6-7 oktyabrda seçkiləri müşahidə etmək üçün Bakıya gəlib.

Onun sözlərinə görə, qrupa 15 nəfər daxildir: "Müşahidə qrupu seçki günü bir neçə məntəqələrdə olub, prosesi yaxından izləyib. Seçki məntəqələrində çoxsaylı müşahidəçilər səsvermə prosesini izləyirdilər. Müşahidə prosesinə heç bir maneə yox idi. Müşahidə qrupu seçki məntəqələrində nəzərəçarpacaq hüquq pozuntuları qeydə alınmayıb. Müşahidəçilər seçicilərlə söhbət ediblər. Heç bir şikayət bildirilməyib. Seçki məntəqələrində hazırlıqlar lazımı səviyədə idi. Seçicilərin növbəsi qaydasında idi. Hindistan müşahidə qrupu hesab edir ki, seçkilər şəffaf, azad və ədalətli keçirilib".

Bütün xəbərlər Facebook səhifəmizdə