2 saylı Şərur seçki dairəs üzrə Seçkilərin Monitorinq və Demokratiyanın Tədrisi Mərkəzinin müstəqil müşahidəçisi kimi qeydiyyatdan keçmiş Şərur rayonu Yuxarı Daşarx kənd sakini Əkbərli İsrail İsa oğlunun naməlum şəxslər tərəfindən 34 saylı seçki məntəqəsindən çıxarılması və MTN əməkdaşları tərəfindən ona təzyiq göstərilməsi barədə "Amerikanın səsi" radiosu vasitəsi ilə səsləndirdiyi iddialar tam əsassız, uydurma və yalandır.
Təzyiqlərə məruz qaldığını iddia edən İ.Əkbərli heç bir hüquq-mühafizə orqanına müraciət etməmiş, eyni zamanda onun səsvermə məntəqəsindən çıxarılması ilə bağlı məntəqə seçki komissiyasından hüquq-mühafizə orqanlarına məlumat daxil olmamışdır.
İ.Əkbərlinin iddiaları ilə bağlı 34 saylı məntəqə seçki komissiyasının üzvlərindən daxil olmuş məlumatda onun səhər saatlarında məntəqəyə gəldiyi və yarım saat sonra oradan getdiyi qeyd olunur.
İ.Əkbərlinin uydurmalarına dəstək verən "Amerikanın səsi" radiosunun yalan iddialarla əlaqədar "Naxçıvan MR MTN-dən məlumat almaq mümkün olmayıb" sonluğu verməsi cəfəngiyyatdan başqa bir şey olmayıb, heç bir etika ilə ayaqlaşmır.
Bildiririk ki, "Amerikanın səsi" radiosu qeyd olunan iddialarla bağlı nazirliyə müraciət etməmişdir. Radionun İ.Əkbərlinin uydurmalarını birtərəfli qaydada dəqiqləşdirmədən verməsi mənəviyyata zidd, ölkədə keçirilən demokratik və şəffaf seçki prosesi haqqında yalnış rəy formalaşdırmağa, həqiqi demokratiyaya kölgə salmağa cəhd kimi qiymətləndirilməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB