Mərkəzi Seçki Komissiyasının Seçkilər İnformasiya Mərkəzinin saat 17:00-a olan son məlumatına görə, prezident seçkiləri seçici fəallığı şəraitində keçirilir. SİA-nın məlumatına görə, MSK Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov bildirib ki, indiyədək 3439629 seçici səsvermə hüququndan istifadə edib. Ümumi seçici fəallığı isə hazırda 66,85 % təşkil edib.
Ən yüksək seçici fəallığı 77 % 14 saylı Xəzər seçki dairəsində müşahidə edilib. Ən aşağı seçici fəallığı isə 17 saylı Yasamal III Seçki Dairəsində 51.06 % qeydə alınıb.
R.Gülməmmədov qeyd edib ki, xarici ölkələrdəki diplomatik nümayəndəliklərdə yaradılan müvəqqəti seçki məntəqələrinin 31-dən seçki fəallığı ilə bağlı məlumat daxil olub.
MSK Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov bildirib ki, səsvermə başlandığı saatdan indiyə qədər Mərkəzi Seçkilər Komissiyasının 115 nömrəli "qaynar xətt"inə ümumi 124 müraciət daxil olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB