Türkiyədə 11-ci ildir ki, yayımlanan və Azərbaycanda da böyük tamaşaçı kütləsi tərəfindən sevilərək izlənən məşhur "Kurtlar Vadisi" serialının dünən efirə gedən 199-cu seriyasında yenə Azərbaycan haqqında danışılıb. SİA-nın məlumatına görə, burada Polad Ələmdarın ən yaxın adamı Abdulhey Çoban Dərin Dövlətin əsas simalarından olan "Hoca" ilə Azərbaycanla bağlı indiki siyasi məqama dair söhbət edirlər... Türkiyənin xarici işlər naziri Ə. Davudoğlunun prototipi olan "Hoca" Abdulheyə deyir ki, Azərbaycan iqtidarı Rusiyanın "Milyarderlər İttifaqı" təxribatını durdura bilib.
"Hoca" Azərbaycandakı seçki prosesinə müdaxilə edilməməsi üçün dəstək verəcəklərini söyləyib.
SİA serialda Azərbaycanla bağlı aparılan müzakirənin görüntlərini təqdim edir:
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB