Bu gün Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda ilk olaraq MSK-nın 27 və 29 sentyabr 2013-cü il tarixli iclaslarının protokolları təsdiq edilib.
Daha sonra Azərbaycan Demokrat və Ədalət Partiyalarından vəkil edilmiş şəxslərin qeydə alınması və Ümid Partiyasında vəkil edilmiş şəxsin qeydiyyatının ləğvi məsələsinə baxılaraq müvafiq qərar qəbul edilib.
Həmçinin iclasda səsvermə prosesində aşkarlığın daha geniş təmin edilməsi məqsədilə seçki məntəqələrində veb-kameraların istifadəsi təcrübəsinin tətbiqinə dair məlumat verilib.
MSK sədrinin müavini Natiq Məmmədov bildirib ki, quraşdırılan veb-kameralar bu il keçiriləcək prezident seçkilərində məntəqələrin 20 faizini, 119 seçki dairəsini əhatə edəcək. Yəni ümumilikdə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılacaq.
İclasın sonunda MSK-ya daxil olan müraciətlərə baxılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB