Penitensiar xidmət üzrə yaradılmış komissiyanın iclası keçirilib

Penitensiar xidmət üzrə yaradılmış komissiyanın iclası keçirilib

Azərbaycanda keçiriləcək prezident seçkilərinin penitensiar müəssisələrdə seçki qanunvericiliyinə uyğun təmin edilməsi, seçkilərə hazırlıq, əməli köməklik göstərilməsi məqsədi ilə Ədliyyə Nazirliyi Penitensiar xidməti üzrə yaradılmış komissiyanın iclası keçirilib. Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, komissiyanın sədri, Penitensiar xidmətin rəis müavini Hüseyn Əlixanov seçkilərə hazırlıqla bağlı komissiyanın üzvlərinin hesabatlarını dinləyib. Tabe qurumlarda seçkilərin azad, sərbəst səsvermə yolu ilə keçirilməsi üçün bütün lazımi şəraitin yaradılmasının vacibliyi vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə