Yeni Azərbaycan Partiyasının prezident seçkilərindəki namizədi İlham Əliyevin təbliğat-təşkilat kampaniyası Yasamal rayonunda da uğurla davam edir. SİA-nın xəbərinə görə, kampaniya çərçivəsində bu gün Yasamal rayonunda seçicilərlə növbəti görüş keçirilib.
YAP Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov Azərbaycanın son 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi əldə olunan nəaliyyətlərdən, davamlı inkişafından və sabitlikdən danışıb. Bütün yasamallıları seçkilərdə məntəqələrə gələrək Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıb.
Çıxış edən millət vəkili İsa Həbibbəyli də 10 il ərzində həyata keçirilən uğurlu siyasətdən və inkişafdan danışıb. Bildirib ki, Azərbaycan bu illər ərzində çox böyük uğurlara imza atıb. Həmçinin vurğulayıb ki, İlham Əliyev istər dövlətçilik təcrübəsi, istərsə də idarəetmə baxımından digər namizədlərdən kəskin fərqlənir. Buna görə də növbəti 5 ildə İlham Əliyevin ölkəyə rəhbərlik etməsi Azərbaycanın növbəti illərdə nailiyyətlər qazanmasını təmin edəcək.
Daha sonra millət vəkili Ülvi Quliyev çıxış edərək bildirib ki, Azərbaycan hər bir sahədə yüksəliş dövrünü yaşayır. Ona görə də əziz seçicilər, bu inkişafı davamlı etmək üçün, balalarımızın xoşbəxt həyatı üçün, əmin-amanlıq üçün Azərbaycanın işıqlı gələcəyinə-cənab İlham Əliyevə səs verək.
Görüşün sonunda Yasamal rayon sakinləri çıxış edərək bildiriblər ki, prezident seçkilərində xalqını, vətənini, milli mənafeyini hər şeydən üstün tutan şəxsə-İlham Əliyevə səs verəcəklər. Sakinlər bir daha vurğulayıblar ki, Prezident İlham Əliyevin 10 il ərzində Azərbaycan xalqına xidməti danılmazdır. Buna görə bütün yasamallılar bir nəfər kimi prezident seçkilərində İlham Əliyevə səs verəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB