Ağdaş rayonunda seçicilərlə görüşlər davam edir. Dünən rayonun Aşağı Nemətabad və Qəribli, bu gün isə Kotanarx və Dovudlu kəndlərində yaşayan seçicilərlə görüşlər keçirilib. Görüşlər YAP Ağdaş rayon təşkilatının sədri Cavid Osmanov, Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan Respublikasının prezidentliyinə namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin Ağdaş rayonu üzrə Seçki Qərargahının Təbliğat qrupunun üzvləri və partiya fəallarının iştirakı ilə təşkil olunub.
Hər zaman dövlət qayğısını hiss etdiklərini öz çıxışlarında vurğulayan çıxışçılar Azərbaycandakı hərtərəfli inkişafın Ağdaş rayonuna da siraət etdiyini bildiriblər: "Tikinti-quruculuq işləri, kənd yollarının abadlaşdırılması, onlarla müasir məktəb binalarının tikilərək istifadəyə verilməsi rayon ərazisində görülmüş işlərin bir qismidir. Azərbaycan xalqını, Azərbaycan dövlətini nurlu sabaha İlham Əliyev kimi dünya nüfuzlu siyasətçi apara bilər. Bundan əlavə ölkədə aparılan uğurlu siyasət nəticəsində iqtisadiyyatın güclənməsi kənd təsərrüfatı sahəsində yüksəlişə əsas yaradıb. Bütün bunlar isə aqrar rayon olan Ağdaşda yaşayan əhalinin həyat səviyyəsinin yüksəlməsi, onların real gəlirlərinin artması ilə nəticələnib".
Sabitlik şəraitində gündən-günə həyatlarının firavanlaşdığını vurğulayan Aşağı Nemətabad, Qəribli, Kotanarx və Dovudlu kəndlərindən olan seçicilər onların yalnız bir namizədi olduğunu bəyan ediblər. Bu namizəd isə xalqın da yekdilliklə dəstəklədiyi, hazırki prezidentimiz cənab İlham Əliyevdir.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB