Millət vəkilləri himnlə bağlı narazılıq etdilər

Millət vəkilləri himnlə bağlı narazılıq etdilər

Parlamentin payız sessiyası öz işini davam etdirir. SİA-nın məlumatına görə, cari məsələlər üçün ayrılmış vaxtda çıxış edən millət vəkili Elman Məmmədov dövlət əhəmiyyətli təbirlərdə dövlət himnimizin oxunması məsələsinə toxunub.

Elman Məmmədov deyib ki, bu tədbirlərdə iştirakçıların bəziləri dövlət himnimizi oxuyur, bəziləri oxumur: "Parlamentdə hüquqşünaslarımız var. Mən istəyirəm ki, bu sualı cavablandırsınlar ki, belə tədbirlərdə istənilən şəxs dövlət himnini oxuya, istənilən şəxs oxumaya bilərmi?".

Millət vəkili Gövhər Baxşəliyeva tez-tez hansısa kənddə ərin arvadın başını kəsdiyini, qardaşın bacını öldürdüyü barədə xəbərlər oxuduqlarını bildirib: "Bu, nə vaxta qədər davam edəcək?".

VHP sədri Sabir Rüstəmxanlı da dövlət tədbirlərində himnin oxunması sahəsindəki problemlərdən danışıb: "Dünyanın hər yerində bu himni oxuyurlar. Bu himn 20 il əvvəl qadın səsi ilə yazılıb. Niyə qadın səsi ilə oxunmalıdır, kişi səsi ilə yox?".

Sabir Rüstəmxanlı bu gün parlamentin iclasının gündəliyinə 41 məsələnin salınmasının qeyri-ciddi olduğunu söyləyib.

Spiker Oqtay Əsədov isə 41 məsələnin bir çoxunun qəbul edilmiş sazişlər olduğunu qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə