"Azərbaycan Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll olunmasının tərəfdarıdır". SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu sözləri ATƏT-in amerikalı həmsədri Ceyms Uorlik bu yaxınlarda münaqişə zonasına səfəri haqqında danışarkən deyib.
Prezident İlham Əliyevlə görüşdüyünü qeyd edən diplomat vurğulayıb ki, ölkə başçısı məsələnin sülh yollu ilə həll olunmasının tərəfdarıdır: "Ermənistan tərəfi ölkə əhalisini münaqişənin sülh yolu ilə həll olunmasına hazırlamalıdır. 20 ildir ki, bu vəziyyət davam edir. Gənclər gözlərini açandan yalnız bu münaqişəni görüblər. Bütün ölkələr öz əhalisini müharibəyə deyil, yalnız sülhə hazırlamalıdır. Azərbaycan tərəfi münaqişənin sülh yolu ilə həll olunmasının tərəfdarıdır. Biz hər iki tərəflə işlərimizi davam etdirəcəyik. Ermənistan da bu yolda seçim etməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB