Balakən seçiciləri İlham Əliyevi dəstəkləyir FOTO

Balakən seçiciləri İlham Əliyevi dəstəkləyir FOTO

Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülən cənab İlham Əliyevin Balakən rayonu üzrə Seçki Qərargahının üzvləri rayonun Bayan kəndində, Kortala və Katex yaşayış məntəqələrində seçicilərlə görüş keçirib. SİA-nın məlumatına görə, görüşdə çıxış edən YAP Balakən rayon təşkilatının sədri Azad Balayev seçicilərə ölkə başçısı İlham Əliyevin zəngin həyat yolundan, onun Azərbaycan dövlətçiliyi üçün həyata keçirdiyi misilsiz xidmətlərdən, həmçinin rayonda görülən quruculuq işlərindən danışıb.

O bildirib ki, Azərbaycan son 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyanın nüfuzlu ölkələrindən birinə çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasətin müsbət nəticələrinin hər bir vətəndaşın, o cümlədən Balakənlilərin həyatında hiss edildiyini bildirən rayon təşkilatının sədri oktyabrın 9-da xalqımızın YAP-ın namizədi cənab İlham Əliyevə səs verəcəklərini bildirib.

Görüşdə Bayan kənd peşə məktəbinin direktoru Yaqub Əliyev, həmin məktəbdə müəllimə işləyən Sevda Yusifova, peşə məktəbinin işçisi Xəzər Mustafayev çıxış edərək Azərbaycanın 10 ildə qazanmış nəaliyyətləri yüksək qiymətləndirib, qarşıda duran vəzifələrdən ətraflı danışıblar. Onlar oktyabrın 9-da Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə səs verərək Azərbaycanın gələcəyinə səs verəcəklərinə əmin olduqlarını bildiriblər.

Milli Məclisin üzvü Rəbiyyət Aslanova çıxış edərək seçicilərə cənab İlham Əliyevin daxili və xarici siyasətinin ayrı-ayrı detallarını əyani misallarla izah edib və onları maraqlandıran sualları cavablandırıb. Çıxış edən secicilər Cavanşir Alqayev, Mətanət Şoranova, Zakir Balammedov, Şərif Alqayev, Əsədulla Mərdanov 9 oktyabrda hamılıqla seçki məntəqələrinə gələrək ölkəmizin inkişafının davamlı olması üçün Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə