Əli Əhmədov Böyük Britaniyanın səfiri ilə görüşüb

Əli Əhmədov Böyük Britaniyanın səfiri ilə görüşüb

Bu gün Yeni Azərbaycan Partiyasının Sədr müavini - icra katibi Əli Əhmədov partiyanın qərargahında Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddik ilə görüşüb. SİA-nın YAP-ın rəsmi saytına istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında mövcud əməkdaşlıq münasibətləri və bu əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Görüşdə həmçinin, Azərbaycanda prezident seçkilərinə hazırlıq işləri və seçki kampaniyasının gedişi barədə bəhs edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə