"New-York Times"in jurnalistləri Qarabağa səfərləri ilə bağlı Azərbaycan XİN-ə müraciət ediblər
"New-York Times" qəzetinin Moskva filialının Devid Herzinkon, Ceyms Hill, Ben Salamon, Nova Snayder, Viktır Klimenkodur adlı jurnalistləri Dağlıq Qarabağa səfərləri ilə bağlı Azərbaycan XİN-ə müraciət ediblər. SİA-nın məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin mətbuat ximətinin rəhbəri Elman Abdullayev keçirdiyi brinfiqdə deyib.
Onun sözlərinə görə, Moskva filialının bir neçə jurnalist heyətinin Azərbaycanın işğal olunmuş ərazilərinə münaqişənin işıqlandırılması münasibəti ilə səfər etmək niyyətləri var. Bununla bağlı Azərbaycanın Xarici İşlər Nazirliyindən razılıq vermələrini xahiş ediblər. Onlar bundan sonra Azərbaycana da səfər edəcəklərini, münaqişə ilə bağlı obyektiv məqalə dərc ediləcəyini bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB