Sentyabrın 16-da İmişli rayonunda YAP-ın vahid namizədi cənab İlham Əliyevin seçki qərargahı seçicilərlə ilk görüşlərini keçirib. Rayonun Mədəniyyət sarayında keçirilən görüşdə YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev diqqəti ölkəmizin son illərdə qazandığı iqtisadi uğurlara yönəldərək bildirib ki, hər bir inkişafın əsasında iqtisadi tərəqqi dayanır: "İqtisadi imkanların genişlənməsi güclü sosial siyasətin həyata keçirilməsinə, eyni zamanda digər sahələrdə irəliləyişlərin əldə olunmasına zəmin yaradır. Məhz bu gün Azərbaycan hər bir sahədə yüksəliş dövrünü yaşayır. Gəlin, bu inkişafı davamlı edək, Azərbaycanın işıqlı gələcəyi üçün cənab İlham Əliyevə səs verək".
Görüşdə Azərbaycan Texniki Universitetinin rektoru Havar Məmmədov çıxış edərək dedi ki, Azərbaycanın son 10 ildə siyasi sahədə qazandığı uğurlar göz qabağındadır: "Azərbaycan bölgədə əsl söz sahibinə çevrilib. Onun iştirakı olmadan, regionda hansısa bir iqtisadi və siyasi layihənin həyata keçirilməsi qeyri-mümkündür".
Milli Məclisin deputatı Əsabil Qasımov çıxışı zamanı iqtisadi sahədə qazanılan uğurların hər kəsə aydın olduğunu qeyd edib: "Çünki iqtisadi göstəricilər yalnız rəqəmlərdə deyil, insanların gündəlik həyatında hiss olunur. Dövlət Proqramında nəzərdə tutulduğundan da artıq yeni iş yeri yaradılıb, yoxsulluğun səviyyəsi bir neçə dəfə azaldılıb. ÜDM-də özəl bölmənin payı 85 faizdir ki, bu da qeyri-neft sektorunun inkişafına göstərilən diqqətin bariz göstəricisidir".
Görüşdə çıxış edən digər natiq Arif Qaraşov isə İlham Əliyevin yenidən prezident seçilməsinin sosial sifariş olduğunu vurğulayıb: "Xalq yalnız ona güvənir. Ona görə də tam əminliklə demək istəyirəm ki, bütün İmişlililər onu dəstəkləyəcəklər".

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB