Ermənistanda 161 nəfər məsuliyyətə cəlb olunub

Ermənistanda 161 nəfər məsuliyyətə cəlb olunub

Ermənistanda 2012-ci ildə 310 korrupsiya faktı qeydə alınıb. Korrupsiyaya görə, 161 nəfər məsuliyyətə cəlb olunub, 74 nəfər azadlıqdan məhrum edilib, 75 nəfər cərimələnib və onlara sonuncu xəbərdarlıq edilib. Korrupsiya hallarına görə, ümumilikdə dövlətə 2,8 milyard dram zərər dəydiyi bildirilir. SİA-nın məlumatına görə, bu barədə Fransada nəşr olunan "Ermənistan xəbərləri" jurnalının 16 sentyabr tarixli nömrəsində qeyd edilib.

Bildirilib ki, korrupsiyanın ildən-ilə artması nəticəsində iqtisadiyyatı tənəzzülə uğrayan ölkə üçün acınacaqlı vəziyyət yaranıb.

Bütün xəbərlər Facebook səhifəmizdə