YAP-ın Sədr müavini Əli Əhmədov ABŞ-ın ölkəmizdəki səfiri ilə görüşüb
Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstar ilə partiyanın mənzil qərargahında görüşüb. SİA-nın YAP-ın saytına istinadən verdiyi xəbərə görə, görüşdə oktyabrın 9-da keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkisi ərəfəsində ümumi ictimai-siyasi vəziyyət və seçki kampaniyasının təbliğat-təşviqat mərhələsində görüləcək işlər barədə fikir mübadiləsi aparılıb.
Görüşdə ABŞ səfirinin müavini Derek Hoqan, səfirliyin siyasət şöbəsinin müdiri xanım Kolin Krenvoliç və səfirin siyasi məsələlər üzrə müşaviri xanım Fanta Orr iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB