MSK sədri: “Ölkə prezidentinin iştirak etdiyi tədbirləri işıqlandırmaq medianın konstitusion hüququdur”
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov fəaliyyətdə olan prezidentin iş qrafikinə dair xəbərlərlərin verilməsinin seçki təşviqatı kimi yozulmasına münasibət bildirib.
Onun sözlərinə görə, prezidentin iş qrafiki barədə xəbərlərdə seçki ilə bağlı məqam hiss olunmamalı, bu xəbərlər məlumat xarakterli olmalıdır: "Ölkə başçısının regionlara səfəri onun ölkə Prezidenti kimi fəaliyyəti ilə bağlıdır. Bu yanaşma ilə desək, onda prezident seçkilərə iki ay qalmış işləməməlidir. Prezidentin regionlara səfərləri barədə xəbər xarakterli məlumatlar verilir. Dünya təcrübəsində də bu məsələ sadə şəkildə tənzimlənir. Ölkə prezidentinin tədbirlərini işıqlandırmaq normaldır. Bundan başqa, mətbuatın xəbər vermək hüququ toxunulmazdır. Bunu heç kim məhdudlaşdıra bilməz. Avropalı həmkarlarımızla da bununla bağlı müzakirələrimiz olub. Onlar bunu təəccüblə qarşılayırlar. Çünki bunun qarşısı heç bir şəkildə alına bilməz".
MSK sədri bildirib ki, sosial şəbəkələrdə seçki təşviqatı məsələsinin məhdudlaşdırılması və buna nəzarət mexanizmi mümkün deyil: "Sosial şəbəkələrdə seçki təbliğatı və təşviqatı ilə bağlı Seçki Məcəlləsində hər hansı qayda yoxdur. Sosial şəbəkə bizim səlahiyyətimizə aid olan məsələ deyil, amma bu o demək deyil ki, sosial şəbəkələr istədiklərini etməlidirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB