Prezident İlham Əliyev yeni avtomobil yolunun açılışında iştirak edib

Prezident İlham Əliyev yeni avtomobil yolunun açılışında iştirak edib

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Bakı-Qazax magistralı-Səmədabad-Qaraməmmədli-Qaramanlı-Göyük avtomobil yolunun açılışında iştirak edib. SİA-nın xəbərinə görə, prezident avtomobil yolunun texniki göstəricilərini əks etdirən stendə baxıb.

Məlumat verilib ki, ümumi uzunluğu 25 kilometr olan yolun çəkilişinə bu ilin iyulunda başlanıb. Azərbaycan prezidentinin müvafiq sərəncamı ilə yolun tikintisinə ilkin olaraq 3 milyon manat vəsait ayrılıb. Artıq bu yolun 5,5 kilometrlik hissəsinin tikintisi başa çatdırılıb. Böyük iqtisadi əhəmiyyəti olan bu avtomobil yolu 8300 nəfərin yaşadığı 11 kəndi əhatə edir. Artıq Qaramanlı və digər kəndlərə məsafə 23 kilometr qısalıb.

Sonra dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib, tikinti işlərinin vaxtında və keyfiyyətlə başa çatdırılması ilə bağlı tapşırıqlarını verib.

Bütün xəbərlər Facebook səhifəmizdə