Barak Obama “G20” sammitində

ABŞ prezidenti Barak Obama "G20" sammitində iştirak etmək üçün Sankt-Peterburqa gəlib. SİA-nın məlumatına görə, səhər saatlarından başlayaraq sammitdə iştirak edəcək dünya ölkələrin liderləri tədbirin keçiriləcəyi Sankt-Peterburqa toplaşıblar.

Burada əsas müzakirə mövzusunun Suriyaya hərbi müdaxilə ilə bağlı olacağı bildirilir. Bu səbəbdən də əsas diqqət mərkəzində iki güclü dövlət başçıları Barak Obama və Vladimir Putin olacaq. Amerika Birləşmiş Ştatları prezidenti Barak Obamanın zirvə toplantısında dünya liderlərinə Suriyaya hərbi müdaxiləyə dəstək verməsi ilə bağlı çıxışının olacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə