“Astara” dövlət sərhədindən buraxılış məntəqəsinin xidməti binalar kompleksi istifadəyə verilib FOTO
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev sentyabrın 4-də Dövlət Sərhəd Xidmətinin Lənkəran sərhəd dəstəsinin "Astara" dövlət sərhədindən buraxılış məntəqəsinin, sərhəd komendantlığının və sərhəd zastavasının şəxsi heyəti üçün yeni inşa olunan yaşayış şəhərciyi, həmçinin sərhəd komendantlığı və sərhəd zastavasının əsaslı təmir olunan xidməti binalar kompleksinin açılışında iştirak edib.
SİA-nın məlumatına görə, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev Ali Baş Komandana məlumat verib ki, yeni şəhərciyin ərazisi 5 hektara yaxındır. Buradakı səkkizmərtəbəli binada 77, digər iki binanın hər birində isə səkkiz mənzil var. Şəhərcikdəki 93 xidməti mənzildə də hər cür şərait yaradılmışdır. Burada 50 yerlik uşaq bağçası və istirahət parkı da var.
Prezident İlham Əliyev yeni mənzillərin orderlərini sərhədçilərə təqdim edib.
Burada 25,3 kilometr məsafədə dövlət sərhədinin mühafizəsinə cavabdeh olan "Astara" sərhəd komendantlığının ikimərtəbəli qərargah binası da əsaslı təmir edilib. "Astara" sərhəd zastavasının üçmərtəbəli xidməti binası da yenidənqurmadan sonra müasir standartlara cavab verir. Ətrafda əsaslı abadlıq və yaşıllaşdırma işləri aparılıb.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB