Məzahir Pənahov komissiyanın fəaliyyətindən danışdı

Məzahir Pənahov komissiyanın fəaliyyətindən danışdı

Bu gün ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Seçki Müşahidə Missiyasının üzvləri Mərkəzi Seçki Komissiyasında olublar. MSK-dan SİA-ya verilən məlumata görə, Tana de Zuluetanın rəhbərlik etdiyi ATƏT DTİHB Seçki Müşahidə Missiyasının üzvləri MSK sədri Məzahir Pənahovla görüşüblər.

MSK sədri Məzahir Pənahov bildirib ki, seçkilərin nəticələrinin qiymətləndirilməsi baxımından müşahidəçilərin fəaliyyətinə xüsusi əhəmiyyət verir və ATƏT DTİHB Müşahidə Missiyasını Azərbaycanda görməkdən məmnunluq duyur.

Missiyanın rəhbəri Tana de Zulueta isə bildirib ki, həm seçki öncəsi vəziyyətin, həm də səsvermə gününün müşahidəsini aparacaqlar. O, MSK sədrinin oktyabrın 9-na təyin edilən Azərbaycan prezidentinin seçkilərinə hazırlıqla bağlı görülən işlər barədə ətraflı məlumat verməsini xahiş edib, MSK-nın maarifləndirmə proqramı, Azərbaycanda müşahidəçiliyin prinsipləri və digər məsələlər barədə suallar verib.

MSK sədri seçkilərin hazırlanıb keçirilməsi ilə bağlı komissiyanın fəaliyyəti, həyata keçirdiyi tədbirlər barədə danışıb, qonaqların suallarını cavablandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə