Məzahir Pənahov: “İkili vətəndaşlığı və digər ölkələr qarşısında öhdəliyi olan vətəndaşlar Azərbaycan prezidenti ola bilməz”
"İkili vətəndaşlığı olan şəxslərin prezident olmaması ilə bağlı tələb Azərbaycan Konstitusiyasının tələbidir". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib. Onun sözlərinə görə, kim Azərbaycan prezidenti olmaq istəyirsə, Konstitusiyanın tələblərinə əməl etməlidir: "Bu tələblərin əsaslarından biri odur ki, ikili vətəndaşlığı olan, digər ölkələr qarşısında öhdəliyi olan vətəndaşlar Azərbaycan Respublikasının prezidenti ola bilməz. Yəni bu, Azərbaycan Konstitusiyasının tələbidir. Buna görə, bu məsələlərə qanunvericiliyin yol verdiyi şərtlər çərçivəsində baxılmalıdır. Burada başqa yol ola bilməz".
"Rüstəm İbrahimbəyovun sənədləri MSK-ya dünən daxil olub. Bu gündən onun sənədlərinin araşdırılmasına başlanılıb. Bizim üçün namizədin adının soyadının və yaxud da onun kimliyinin əhəmiyyəti yoxdur. Yəni Azərbaycan Respublikasının prezidenti olmaq hüququ olan şəxs bu istiqamətdə addımlarını atmaqda azaddır və MSK-ya müraciət edə bilər. MSK qanunvericiliyin tələbinə uyğun olaraq bu addımları atacaq. Biz beş gün müddətinə bu məsələlərə baxmalıyıq və komissiya hansı qərara gələcəksə, onun şahidi olacaqsınız".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB