Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, MSK sədri Məzahir Pənahovun sədrliyi ilə keçən iclasda ilk olaraq MSK-nın 13 və 14 avqust 2013-cü il tarixli iclas protokolları təsdiqlənib.
Daha sonra Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülən partiya sədri Araz Əlizadə və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin namizədliyi məsələsinə baxılıb.
MSK katibi Arifə Muxtarova bildirib ki, namizədlikləri irəli sürülən şəxslərin MSK-ya daxil olan sənədləri araşdırılıb və hüquqi əsasların olduğu müəyyən edilib.
Sonra MSK üzvləri səsvermə yolu ilə Araz Əlizadə və Qüdrət Həsənquliyevin namizədliyi təsdiq olunub.
Daha sonra hər iki namizədin səlahiyyətli nümayəndələrinin qeydiyyatı məsələsinə baxılıb və müvafiq qərar qəbul edilib.
İclasın sonunda cari məsələlər müzakirə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB