Müxalif Qüvvələr pərakəndə sürətdə seçkilərə gedir

Müxalif Qüvvələr pərakəndə sürətdə seçkilərə gedir

Müxalif qüvvələr seçkiyə hazırlaşır. Belə ki, bizdə olan məlumata görə artıq seçki qərargahlarının ünvanı müəyyənləşib. Bu, Rəsul Quliyevin başçılıq etdiyi "Açıq Cəmiyyət Partiya"sının qərargahında müəyyənləşəcək. "Milli Şura"nın seçki qərargahının sədri isə elə "Açıq Cəmiyyət Partiya"sının sədri Sülhəddin Əkbər seçilib. Avqustun 15 də 20-ci sahə adlanan yerdə müxalif qüvvələr mitinq keçirməyi planlaşdırır.

Lakin qeyd edək ki, müxalif qüvvələrin "Milli Şura"nın vahid namizəd təklifinə baxmayaraq, demək olar ki, pərakəndə şəkildə seçkilərə gedəcəyi müşahidə olunur. Belə ki, "Azadlıq" Partiyasının sədri Əhməd Oruc avqustun 6-da MSK-da prezidentliyə namizədliyini rəsmi surətdə irəli sürüb. Bu, müxalif qüvvələr tərəfindən tənqidlə qarşılansa da, onların birləşə bilməməsinin göstəricisidir.

Ülkər Musazadə

Bütün xəbərlər Facebook səhifəmizdə