İman Nağıyev: "Seçki hüquqlarının müdafiəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinə 267 iş daxil olub"

İman Nağıyev: "Seçki hüquqlarının müdafiəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinə 267 iş daxil olub"

Bakı Apellyasiya Məhkəməsinin fəaliyyətə başladığı 16 iyul 2007-ci il tarixdən hazırkı vaxtadək seçki hüquqlarının müdafiəsi haqqında məhkəməyə 267 iş daxil olub. SİA-nın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyaları (DSK) sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursda Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyev deyib.

Onun sözlərinə görə, hazırda respublikamızda 5 Apellyasiya məhkəməsi fəliyyət göstərməsməsinə baxmayaraq, MSK Bakı şəhərində yerləşdiyinə görə, təbii ki, həmin komissiyanın qərarlarına verilən şikayətlərə, məhz Bakı Apellyasiya Məhkəməsində baxılır: "Bu işlər 2008-ci ildə keçirilmiş Azərbaycan Respublikası Prezident seçkiləri 2009-cu ildə keçirilmiş Referenduma, həmin ildə keçirilmiş Bələdiyyə seçkiləri 2010-cu ildə keçirilmiş Parlament seçkilərinə aiddir. 2008-ci ildə keçirilmiş prezident seçkiləri ilə əlaqədar 5 işə baxılıb. MSK-ya qarşı verilmiş ərizələr, namizədliyin qeydə alınması, exit-polun keçirilməsi üçün qeydə alınma, namizədlərin seçki lotlarına dövlət vəsaitlərinin köçürülməsi tələbləri ilə bağlı olub. Həmin işlərə qanunvericiliyin tələbinə ciddi şəkildə əməl edilməklə baxılaraq qanuna müvafiq qərarlar qəbul edilib".

İ.Nağıyev deyib ki, Azərbaycan Konstitusiyasının mətnində dəyişikliklər edilməsi haqqında sonuncu referendumun keçirilməsi ilə əlaqədar məhkəməyə 3 iş daxil olub. Onlardan 2 baxılaraq nəticə verilmiş, bir iş üzrə isə iddia ərzəsi prossesual qanunvericiliyin tələblərinə əməl edilmədən verildiyindən əsaslandırılmış qərarlarla geri qaytarılıb. Bələdiyyə seçkilərinin keçirilməsi ilə əlaqədar 2009-cu ildə Məhkəməyə 16, 2010-cu ildə 53 iş daxil olub. Bu işlərdən 37 baxılaraq yekun qərarlar qəbul olunub. 32 iş iş üzrə isə iddia ərizəsi prossesual qanunvericiliyin tələblərinə əməl edilmədiyindən əsaslandırılmış qərarlarla geri qaytarılıb. 2009-cu ildə bələdiyyə seçkiləri ilə baxılmış işlər əsasən seçici siyahılarında seçicilərin soy adlarının düzgün göstərilməməsi, seçki siyahısına düşmə barədə vəzifəli şəxslərin hərəkətlərində şikayət və namizədlərin qeydə alınması ilə bağlı olub. Baxılmış işlər üzrə ərizələr təmin edilməyib. Baxılan işlərdən 7 iş üzrə qətnamələr kassassiya şikayəti verilib və Ali Məhkəmənin qərarı ilə Apellyasiya məhkəməsinin qətnaməsi dəyişilmədən saxlanılıb. 2010-cu ildə baxılan işlər əsasən seçkilərin nəticələrinin ləğv edilməsi, təşviqat qrupunun qeydə alınmaması və digər məsələlərlə bağlı olub ki, baxılan işlər üzrə ərizələr təmin edilməyib. Baxılan işlərdən 11 iş üzrə Bakı Apellyasiya Məhkəməsinin qətnamələrinin kassassiyası şikayəti verilib. Kassassiya qaydasında baxılaraq, Apellayasiya qətnaməsi dəyişilmədən saxlanılıb.

Bakı Apellyasiya Məhkəməsinin sədri bildirib ki, 2010-cu ildə Parlament seçkiləri ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsində 190 işə baxılıb. Bu işlərdən 165-nə baxılaraq yekun qərar qəbul edilib. Bu işlərdən 25 iş üzrə iddia ərzəsi prossesual qanunvericiliyin tələblərinə əməl edilmədən verildiyindən əsaslandırılmış qərarlarla geri qaytarılıb. Bu işlər üzrə iddia tələblərinin böyük əksəriyyəti MSK-nın qərarlarının ləğv edilməsi, namizədliyinin qeydə alınmas, səsvermənin nəticələrinin ləğvi və etibarsız hesab edilmə və digər məsələlərlə bağlı olub. Məhkəmədə mahiyyəti üzrə baxılan 165 işdən 147 iş üzrə Bakı Apellyasiya Məhkəməsindən Kassassiya şikayəti verilib. Onlardan 143 dəyişilmədən saxlanılıb, 4 iş üzrə qətnamələr ləğv edilərək araşdırılmaya qaytarılıb".

İ.Nağıyev vurğulayıb ki, sadalanan rəqəmlər onu deməyə əsas verir ki, seçkilərlə bağlı Bakı Apellyasiya Məhkəməsində baxılmış işlər üzrə məhkəmə araşdırmaları qanunvericiliyin tələblərinə tamamilə əməl edilməklə aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə