“Gidromaşservis” ilk partiya təşkilatının geniş yığıncağı keçirilib

“Gidromaşservis” ilk partiya təşkilatının geniş yığıncağı keçirilib

İyulun 26-da YAP Nizami rayon təşkilatının "Gidromaşservis" ilk partiya təşkilatının geniş yığıncağı keçirilib. SİA-nın yap.org.az-a istinadən verdiyi məlumata görə, təşkilatın sədri Əhməd Hümbətov keçən dövr ərzində ilk təşkilatın gördüyü işlərdən və seçki ilində qarşıda duran vəzifələrdən danışıb.Yığıncaqda çıxış edən partiya üzvləri seçki ilində bu cür tədbirlərin keçirilməsini təqdirəlayiq hesab etməklə yanaşı, bir sıra təklif və mülahizələrini də bildiriblər.

Yığıncaqda Nizamnaməyə uyğun olaraq ilk təşkilatın 7 nəfərdən ibarət idarə heyəti təsdiq edilib, təşkilatın sədri Əhməd Hümbətov yekdilliklə idarə heyətinin sədri seçilib. Eyni zamanda qadınların və gənclərin fəaliyyət dairəsini daha da genişləndirmək üçün təşkilatın tərkibində Qadınlar şurası və gənclər təşkilatı yaradıllb. Nübar İsmayılova Qadınlar Şurasının ,İslam Kərimov isə Gənclər təşkilatının sədrləri seçiliblər.

Yığıncaq həmçinin qarşıdan gələn prezident seçkiləri ilə bağlı məsələyə baxıb bununla əlaqədar ilk təşkilatın qarşısında duran vəzifələrə dair partiya üzvlərinin fikirlərini dinləyib.

Qərara alınıb ki, partiyanın hər bir üzvü nəinki işlədiyi kollektivdə , eyni zamanda yaşadığı qəsəbədə, küçədə, ictimai yerlərldə belə partiyanın namizədinin təbliği ilə məşğul olmalı, qarşıya çıxan hər bir neqativ hallara tutarlı faktlarla cavab verməlidir.

Bunları əsas kimi qəbul edən ilk təşkilat partiyanın vahid namizədinin 15 nəfərdən ibarət təbliğat-təşviqat qrupunu yaradıb. Qrupa ən fəal və siyasi cəhətdən hazırlıqlı partiya üzvləri daxil edilib.

Sonda bir qrup partiya üzvünə partiya vəsiqələri təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə