Böyük Britaniya “Jurnalist şəhərciyi”ndən danışır

Böyük Britaniya “Jurnalist şəhərciyi”ndən danışır

Bəzi jurnalistlərin oğurlanmaq, həbs edilmək, döyülmək və şantaj edilməkdə şikayətləndikləri Azərbaycan 156 jurnalisti mənzillə təmin edib, BBC News saytı bu haqda məlumat yayıb.

Prezident İlham Əliyev 22 İyul tarixində qeyd edilən Milli Mətbuat Günü ilə əlaqədar olaraq Bakıda jurnalistlər üçün nəzərdə tutulan binanın açılışında iştirak edib. Prezident çıxışı zamanı bunun dünyada ilk layihə olduğunu vurğulayaraq "Azərbaycanda heç bir sahədə ayrı-seçkiliyə yol verilmir və yol verilməməlidir" deyə qeyd edib. Bu haqda yerli mətbuat orqanları məlumat verir. "Jurnalistlərin əksəriyyəti aldıqları maaşla bu cür evdə mənzil ala bilməzdi", - deyə Prezident qeyd edib. İnternet jurnalistikasının genişlənməsi keçmiş sovet ölkəsində mətbuat azadlığının mövcud olduğunu bir daha sübut edir.

Prezident həmçinin qeyd edib ki, "Mətbuatda gedən, həqiqəti əks etdirməyən təhqiramiz yazılara da az-az rast gəlmək olur… Müasir cəmiyyətdə, internet dövründə hər hansı bir yalan məlumatın ömrü uzun ola bilməz... Mətbuat Şurası bu məsələləri daim diqqət mərkəzində saxlayır."

Bütün xəbərlər Facebook səhifəmizdə