Asəf Hacıyev: “Prezident ilk növbədə Azərbaycanın inkişafını və gələcəyini düşünür” AÇIQLAMA
"Mən mətbuat işçilərinin hər bir üzvünü təbrik edir, onlara uzun ömür can sağlığı arzulayıram". Bunu SİA-ya millət vəkili Asəf Hacıyev Mətbuat günü ilə bağlı təəssüratlarının bildirərkən deyib.
Deputat arzu edir ki, jurnalistlərin fəaliyyəti nəticəsində ölkəmiz daha da inkişaf etsin: "Hətta bütün dünyada belə bir deyim var ki, "jurnalistlər özləri siyasətdə bəzi şeyləri müəyyən edirlər". Azərbaycanda jurnalistlərə cənab prezident İlham Əliyev tərəfindən böyük diqqət göstərilir. Burada iqtidaryönlü və müxalifyönlü jurnalistlərə heç bir fərq qoyulmur. Əsas jurnalistin ölkəyə, dövlətə gətirdiyi xeyir nəzə alınır. Bu gün dövlət başçısı İlham Əliyev tərəfindən jurnalistlərə verilən yeni mənzillər də buna bariz sübut olaraq göstərilə bilər. Prezident ilk növbədə Azərbaycanın inkişafını və gələcəyini düşünür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB