Əli Həsənov: "Dövlət mediaya hər zaman diqqət və qayğı göstərir"

Əli Həsənov: "Dövlət mediaya hər zaman diqqət və qayğı göstərir"

"Azərbaycan prezidenti İlham Əliyev tərəfindən bu gün təməli qoyulan jurnalistlər üçün yeni yaşayış binası iki ildən sonra istifadəyə veriləcək". SİA-nın xəbərinə görə, Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov jurnalistlərə açıqlamasında belə deyib.

Onun sözlərinə görə, bu binada tək jurnalistlər deyil, qəzet, televiziya və digər redaksiyaların heyətləri də mənzillə təmin oluna biləcəklər: "Azərbaycan dövləti mediaya hər zaman diqqət və qayğı göstərir. Bu proses bundan sonra da davam edəcək. Bu gün jurnalistlər üçün istifadəyə verilən bina bu qayğının bariz göstəricisidir".

Bütün xəbərlər Facebook səhifəmizdə