YAP Binəqədi rayon təşkilatına yeni sədr seçilib

YAP Binəqədi rayon təşkilatına yeni sədr seçilib

Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının növbəti VIII konfransı keçirilib. SİA-nın məlumatına görə, tədbir iştirakçıları əvvəlcə rayonda yeni istifadəyə verilən Heydər Əliyev adına istirahət parkında Ümummilli liderin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Tədbirdə çıxış edən YAP rayon təşkilatının sədr müavini İlqar Mahmudov gündəlikdə duran məsələlər barədə məlumat verib.

Konfransda təşkilatı məsələlərə baxılıb.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısı aparatının ərazi idarəetmə və yerli özünidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ramiz Göyüşov partiyanın rayon təşkilatın sədri vəzifəsinə seçilib.

Həmçinin partiyanın rayon təşkilatının şura üzvlərinin tərkibində də dəyişikliklər edilib.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin partiyanın V qurultayındakı nitqindən irəli gələn vəzifələr, YAP-ın Binəqədi rayon təşkilatının yeni inzibati binasının açılışında verdiyi tövsiyə və tapşırıqların icrası barədə məruzə ilə çıxış edib.

YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov partiyanın V qurultayının bütün ölkə ictimaiyyətinin həyatında çox mühüm bir hadisə olduğunu bildirib.

Konfransda son 10 ildə dövlət başçısının rəhbərliyi altında görülən işlərdən söhbət açılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə