Beynəlxalq Gənc Siyasətçilər Məktəbi layihəsinin növbəti sessiyası keçirilib
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) Azərbaycan Respublikası (AR) Prezidenti yanında Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Fransa, Almaniya, Bolqarıstan, Ukrayna, Polşa, İtaliya, Türkiyə, Bosniya və Hersoqovina, Moldova ölkələrinin gənc fəallarının iştirakı ilə Beynəlxalq Gənc Siyasətçilər Məktəbi layihəsinin növbəti sessiyası keçirilib. SİA-nın xəbərinə görə, növbəti sessiyadakı çıxışı zamanı AGAT-ın sədri Gülsel Səfərova qeyd edib ki, layihənin əsas məqsədi Avropa və Azərbaycanın gənc siyasətçiləri arasında dostluq əsasında əməkdaşlığın yaradılması, ölkənin uğurlu dövlət siyasəti barədə ətraflı məlumat verib qarşılıqlı təcrübə mübadiləsi həyata keçirmək, Azərbaycan həqiqətləri barədə məlumatlandırmaq və fikir mübadiləsi aparmaqdır.
Daha sonra beynəlxalq təlimçi Günel İbrahim "Siyasətçinin kommunikasiya bacarıqlarının artırılması" mövzusunda gənclərə təlim keçib. Təlim zamanı bir sıra müxtəlif intellektual oyunlar təşkil edilib.
Daha sonra "ATV Xəbər" proqramının aparıcısı Ceyhun Əli siyasi danışıq bacarıqlarının artırılması mövzusunda təlim keçib. O, gənclərə siyasətçilərin kamera ilə necə işləmələrinin yollarını aşılayıb.
Beynəlxalq Gənc Siyasətçilər Məktəbi layihəsinin növbəti sessiyasında iştirak edən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev sessiyadakı çıxışlarla bağlı fikirlərini səsləndirib. Həmçinin öz təcrübəsini təlimdə iştirak edən gənclərlə bölüşüb.
Daha sonra sessiya öz işini qarşılıqlı fikir mübadiləsi ilə davam etdirib.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB