Yasamalda qaz kəsiləcək

Bu gün Bakı şəhərinin Nəsimi və Yasamal rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq. ARDNŞ-in "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, təmir işləri ilə əlaqədar, bu gündən saat 18:00-dək "Alatava" Qazpaylayıcı Stansiyasından qidalanan "Mikrorayon 500 mm-lik" orta təzyiqli qaz kəmərindən qaz təchizatı dayandırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə