Şahin İsmayılov: “Görün, Azərbaycan müxalifəti nə günə qalıb ki,...”

Şahin İsmayılov: “Görün, Azərbaycan müxalifəti nə günə qalıb ki,...”

"Görün, Azərbaycan müxalifəti nə günə qalıb ki, bir neçə il bundan öncə öz mətbuatlarında təhqir etdikləri kinorejissor Rüstəm İbrahimbəyovdan indi onları bir araya topladığına görə ağız dolusu danışırlar". Bunu SİA-ya açıqlamasında Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Şahin İsmayılov deyib.

Şahin İsmayılov vurğulayıb ki, Azərbaycan müxalifəti o qədər ona-buna alət olmağa öyrəşib ki, kinorejissoru özlərinə lider seçirlər və hər vəchlə onu qorumağa çalışırlar: "Ölkə Prezidenti İlham Əliyevin də dediyi kimi, Azərbaycan müxalifəti hələ də qul, kölə psixologiyasından əl çəkmək niyyətində deyil".

İsa Qəmbərin Rüstəm İbrahimbəyov haqqında səsləndirdiyi fikirlərə də münasibət bildirən ATGTİ-nin sədri qeyd edib ki, Müsavat başqanının bu addımı atacağı gözlənilən idi: "Azərbaycan müxalifətinin bir araya gəlməsi mümkün deyil. Əgər müxalifət 20 ildir siyasi arenada olduğunu iddia edirsə, bəs nə üçün istər ümummilli məsələlərdə, istərsə də öz aralarında bu insanlar bir araya gələ bilməyiblər? Hesab edirəm ki, onların bir araya gələ bilmələri mümkünsüzdür. Çünki onların hər birinin şəxsi mənafeyi, ambisiyaları hər şeydən üstündür. Onların yaratdıqları "İctimai Palata" kimi "Milli Şura" da ölü doğulmuş uşaqdır. "Milli Şura" xaricdən idarə olunan qurumdur. Onların vahid namizədinin kim olmasından asılı olmayaraq, seçkidə məğlubiyyətləri qaçılmazdır".

Bütün xəbərlər Facebook səhifəmizdə