Növbədənkənar sessiyanın son iclası başladı

Növbədənkənar sessiyanın son iclası başladı

Milli Məclisin növbədənkənar sessiyasının son iclası öz işinə başlayıb. SİA-nın məlumatına görə, Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 9 məsələ daxil edilib. Gündəliyin müzakirə olunacaq məsələləri aşağıdakılardır:

1. Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında.

2. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında.

3. Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında.

4. Gəncə Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında.

5. Sumqayıt Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında.

6. Şirvan Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında.

7. Şəki Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında.

8. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

9. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə.(İkinci oxunuş)

Bütün xəbərlər Facebook səhifəmizdə