Ümumdünya Turizm Təşkilatı Azərbaycanda elektron viza sisteminə keçilməsini alqışlayan press reliz yayıb. XİN-mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, təşkilatın Baş katibi Taleb Rifai bildirib ki, Azərbaycanın bu qərarı ölkədə turizmin inkişafına təkan verəcək və yeni sistemin tətbiqi Azərbaycana beynəlxalq turist axınını artırmaqla, bütövlükdə ölkənin turizm sektorunun daha da inkişafına gətirib çıxaracaqdır.
Təşkilatın yaydığı press relizdə bildirilir ki, viza sisteminin sadələşdirilməsi turizmin inkişafına və dolayısı ilə iqtisadi inkişafa müsbət təsir edən başlıca amillərdən biridir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən elektron viza sistemi 2013-cü ilin mart ayından etibarən tətbiq olunmağa başlanmışdır. Yeni sistem sənədləşmənin daha asan aparılmasına, viza xərclərinin azaldılmasına və vaxta qənaət etməyə şərait yaradır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB