"Azərbaycanda keçirilən hərbi parad Ermənistanda ciddi narahatlıq doğurub". Bunu SİA-ya Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Geostrateji Araşdırmalar Mərkəzinin direktor müavini, politoloq Elman Nəsirli deyib.
Politoloqun sözlərinə görə, cırtdan dövlət Azərbaycanda keçirilən hərbi paraddan sonra vahimə və təşviş içindədir: "Hərbi paraddan sonra açıqlama verən Ermənistanın müdafiə naziri Seyran Ohanyan Azərbaycanın hərbi gücündən qorxmadıqlarını bəyan etsə də, bu mövqe təcavüzkarın ciddi qorxu içərisində olduğunun işarəsidir. 2 milyard civarında büdcəsi olan Ermənistan üçün təkcə hərbi büdcəsi 3, 7 milyarda çatan Azərbaycan çox vahiməli görünür. Azərbaycanın 750 çeşiddə silah-sursat hazırlaması Ermənistanı tir-tir əsdirir. Ona görə də S.Ohanyan dildə qorxmuruq desə də, ürəyində əsir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB