Prezident İlham Əliyev yeni hospitalın açılışında iştirak edib

Prezident İlham Əliyev yeni hospitalın açılışında iştirak edib

Bu gün Silahlı Qüvvələrin Baş Klinik Hospitalının ikinci müalicə korpusunun açılışı olub. SİA-nın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə raport verib.

Dövlət başçısı Ulu Öndər Heydər Əliyevin hospitalın həyətindəki abidəsi önünə gül dəstəsi qoyub. Sonra Prezident İlham Əliyev hospitalın baş planını əks etdirən stendə baxıb.

Dövlət başçısı müalicə korpusunun rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılmış şəraitlə tanış olub.

Səhiyyə ocağı ilə tanışlıqdan sonra Azərbaycan Prezidenti hospitalın kollektivi ilə görüşüb.

Xatirə şəkli çəkdirildikdən sonra dövlət başçısı səyyar cərrahiyyə hospitalı ilə tanış olub. Bildirilib ki, səyyar cərrahiyyə hospitalı 60 çarpayılıqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə