Bakıda növbəti beynəlxalq forum keçiriləcək

Bakıda növbəti beynəlxalq forum keçiriləcək

Bakıda iyunun 27-28-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv olan 11 dövlətin gənc liderlərinin beynəlxalq forumu keçiriləcək. SİA-nın məlumatına görə, forumda Azərbaycan, Türkiyə, Gürcüstan, Moldova, Ukrayna, Rumıniya, Bolqarıstan, Albaniya, Yunanıstan, Rusiya və Serbiyadan gənc liderlərin, gənclər təşkilatları sədrlərinin, sözügedən ölkələrin gənclər siyasətinə məsul olan dövlət strukturlarının, həmin ölkələrin Bakıdakı səfirlikləri, eyni zamanda Azərbaycan Prezident Administrasiyasının məsul şəxsləri və Milli Məclisin üzvləri, yerli gənclər təşkilatlarının rəhbərləri və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndələri iştirak edəcək.

Forumun sonunda iştirakçılar tərəfindən Bakı bəyannaməsinin qəbul olunması nəzərdə tutulur. Bəyannamədə Bakı şəhərində bir araya gələn Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan 11 ölkənin gənc liderlərinin apardıqları müzakirələr və keçirilən görüşdən sonra Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun təsis olunması və əsas fəaliyyətinin üzv dövlətlərin gəncləri arasında əməkdaşlıq və inkişafın gücləndirilməsinə sərf edilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə