I Bakı Forumu haqqında xarici qonaqların TƏƏSSÜRATLARI

I Bakı Forumu haqqında xarici qonaqların TƏƏSSÜRATLARI

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olan ölkələrin diaspor rəhbərlərinin I Bakı Forumunda xarici qonaqlar öz xoş təəssüratlarını SƏS TV ilə bölüşüb:

Qırğız mədəniyyət mərkəzinin nümayəndəsi Ruslan Məmmədov;

"Bu, çox böyük bir tədbirdir. Deyərdim ki, qardaşlarımız olan türkdilli xalqlar üçün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olan ölkələrin diaspor rəhbərlərinin I Bakı Forumu mühüm əhəmiyyət kəsb edir. Biz eyni kökə, dinə və xalqa məxsusuq. Mən düşünürəm ki, bu bizim gələcək nəsillər üçün böyük dərs olacaq".

Avstriyanın nümayəndəsi Nail Ayken;

"Mən Bakıda xüsusilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olan ölkələrin diaspor rəhbərlərinin I Bakı Forumunda olmaqdan məmnunam. Şəhəriniz doğurdan da, sözün əsl mənasında çox gözəldir. Mənim buradakı təəssüratlarım, gözlədiklərimdən daha gözəldir. Ümumiyyətlə, mənim türk dünyasına və Bakıya ilk səfərim idi. Bu, səfərdən sonra planlaşdırıram ki, digər türkdilli respublikalara da səfər edim".

Türkiyənin keçmiş millət vəkili Şamil Aydın;

"Mən Türkiyə Böyük Millət Məclisində (TBMM) iki il təmsil olunmuşam. Parlamentə olduğum müddət ərzində səkkiz il Azərbaycan-Türkiyə dostluq qrupunun başqanı idim. Əlbbəttə ki, bu kimi tədbirlərin təşkili də diaspora təşkilatları üçün böyük əhəmiyyət kəsb edir".

Kanadanın nümayəndəsi İlhan Erden;

"Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olan ölkələrin diaspor rəhbərlərinin I Bakı Forumunda bütün türk ölkələrinin biraraya gəlməsi, birliyimizin, bərabərliyimizin təcəssümüdür. Əsas odur ki, birliyimiz diriliyimizdir. Mən burada olmaqdan çox şadam. Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin də dediyi kimi, bizlər "bir millət, iki dövlətik". Bu forumda bunun bir daha şahidi olduq".

Bütün xəbərlər Facebook səhifəmizdə