Əli Orucov: “Bu, İsa Qəmbərin siyasi kariyerasının sonu ola bilər” AÇIQLAMA
"Müxalifət dairələrinin hələ də vahid namizəd məsələsində yekdil fikrə gələ bilməməsinin başlıca səbəbi, şəxsi maraqlarının mənəvi dəyərlərə nisbətən üstünlük təşkil etməsidir". Bunu SİA-ya Milli İstiqlal Partiyasının (AMİP) Mərkəzi Şurasının üzvü Əli Orucov iyunun 16-da Müsavat Partiyasının başqanı İsa Qəmbərin Binəqədi sakinlərilə keçirdiyi görüşdə "vahid namizəd olan şəxs Azərbaycanda olmalıdır" fikrinə münasibət bildirərkən söyləyib.
AMİP üzvünün sözlərinə görə, illər boyu müxalifət partiyaları bir-birlərinin əleyhinə işləyib, zəiflətməyə çalışıblar: "Hətta bu insanlar ən ağlasığmaz ittihamları belə bir-birlərinin ünvanlarına söyləyiblər. 2003-cü ilin oktyabr ayında da eyni proses yaşanmışdı: "Həmin dövrdə müxalifət dairələri Etibar Məmmədovun namizədliyinin dəstəklənməsi ilə bağlı razılaşma istəklərini ortaya qoydular. Amma sonrakı proseslər göstərdi ki, E.Məmmədov namizədlikdən imtina edərək, İsa Qəmbərin namizədliyinin üzərində dayandı. Bu pozuculuq əməli uşaq oynuna bənzəyir. Düşünmürəm ki, İ.Qəmbər keçmişdəki addımını yenidən təkrarlasın. Əks halda bu, onun siyasi kariyerasının sonu olar və insanların qınağından heç cür qurtula bilməz".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB