"Pulları gəlməsə, Milli Şura öz-özünə dağılacaq"

"Pulları gəlməsə, Milli Şura öz-özünə dağılacaq"

"Milli Şuranın heç bir perspektivi yoxdur və kimin namizəd olmasından asılı olmayaraq, bu qurum uğur qazana bilməyəcək. Yaxın zamanlarda pulları gəlməsə, Milli Şura öz-özünə dağılacaq". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.

Rusiya-Azərbaycan münasibətlərinə toxunan Novruzov bildirib ki, iki ölkə arasında yüksək səviyyəli münasibətlər var: "Bu yaxınlarda xarici işlər naziri Moskvaya səfər etdi, Volqoqradda Rusiya-Azərbaycan biznes forumu keçirildi, eyni zamanda, prezidentlərin rəhbərliyi altında forumlar keçirilir. Bundan başqa Heydər Əliyev Fondu tərəfindən Rusiyada geniş miqyasda layihələr həyata keçirilir. İndi kim ki özünü Rusiyada azərbaycanlıların ağsaqqalı hesab edir, o adam səhv edir. Bu kimi adamlar müstəqil şəxslərdir, gedib orada öz biznesləri ilə məşğul olurlar".

Bütün xəbərlər Facebook səhifəmizdə