Prezidenti İlham Əliyev Belarusun xarici işlər naziri Vladimir Makeyi qəbul edib. SİA-nın məlumatına görə, V. Makey ölkələr arasında əlaqələrin daha da genişləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi üçün bu səfərin yaxşı imkan yaratdığını bildirib. Bakıya səfərinin ölkələr arasında diplomatik əlaqələrin yaradılmasının 20 illik ildönümü ilə üst-üstə düşdüyünü deyən nazir bu münasibətlə Belarus prezidenti Aleksandr Lukaşenkonun təbrik məktubunu və ən xoş arzularını dövlət başçısına çatdırıb.
Prezident İlham Əliyev ölkələr arasında ikitərəfli münasibətlərin bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb.
Dövlət başçısı əlaqələrin möhkəmləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edib, A.Lukaşenkonun məktubuna görə minnətdarlığını bildirib, ən xoş arzularını Belarusun dövlət başçısına çatdırmağı xahiş edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB