Elman Abdullayev faktı şərh edib

Elman Abdullayev faktı şərh edib

Azərbaycan Xarici İşlər Nazirliyi İranda həbs olunan vətəndaşlarımız- Xalidə Xalid və Şamxal Hüseynovun ölkəmizə qaytarılması faktını şərh edib.

SİA-nın məlumatına görə, XİN mətbuat xidmətinin rəhbəri Elman Abdullayev jurnalistlərə bildirib ki, Azərbaycan vətəndaşlarının Vətənə qayıtması faktı sevinc doğurur: "Bu onu göstərir ki, başda prezident İlham Əliyev olmaqla, Azərbaycan dövləti həmişə öz vətəndaşlarının müdafiəsində dayanıb və dayanacaq".

Qeyd edək ki, Azərbaycan XİN bir müddət əvvəl İrana səfər etməyə hazırlaşan vətəndaşlarımızı diqqətli olmağa çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə