Atəşkəs yenidən pozulub

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Cəvahirli, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Goranboy rayonunun Gülüstan, Tərtər rayonunun Qızıl Oba, Çaylı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə