Asəf Hacıyev: "Dünya ölkələri prezident İlham Əliyevi dəstəkləyir"

Asəf Hacıyev: "Dünya ölkələri prezident İlham Əliyevi dəstəkləyir"

"ABŞ prezidenti Barak Obama Böyük Britaniyanın Baş naziri Devid Kemeronla Azərbaycanda keçirilən neft və qaz sərgisilə bağlı prezident İlham Əliyevə təbrik məktubu göndəriblərsə, bu, adıçəkilən ölkələrin Azərbaycanda aparılan siyasəti dəstəklədiyini göstərir". SİA-ya açıqlamasında millət vəliki Asəf Hacıyev belə deyib.

O bildirib ki, bu hadisə həm də ABŞ və İngiltərənin qarşıdan gələn seçkilərdə xalq tərəfindən seçəcək Azərbaycan prezidentini dəstəkləyəcəyini sübut edir. Millət vəkilinin sözlərinə görə, dünyanın aparıcı dövlətlərinin liderləri dünya siyasətinə effektiv inteqrasiya olunan siyasətçiləri dəstəkləyirlər: "Bu gün Azərbaycanın siyasi arenasında prezident İlham Əliyevlə müqayisə olunan, rəqabətə girən və ölkənin inkişafını gələcəyə aparan başqa bir siyasətçi yoxdur. Artıq bunu dünya və dünya liderləri də görür. Əminəm ki, seçkilər başa çatdıqdan sonra dünyanın aparıcı ölkələri dövlət başçısı İlham Əliyevi yenidən prezident seçilməsi münasibətilə təbrik edəcəklər. Hazırda göndərilən təbrik məktubları da buna işarədir".

Asəf Hacıyev müxalifət düşərgəsinin dünya ölkələrinin məhz onları dəstəkləməsilə bağlı səsləndirdiyi fikirlərə də münasibət bildirib: "Müxalifət düşərgəsinin səsləndirdiyi bu kimi fikirlərin əsassız olduğu onların özünə də məlumdur. Azərbaycan bu gün aparılan uğurlu siyasət nəticəsində dünyanın inkişaf etmiş ölkələrini öz inkişaf tempi ilə geridə qoyub. Dünya bu inkişafı görür və təbii ki, prezident İlham Əliyevi dəstəkləyir. Dünyanın aparıcı ölkələri xaosu, silahlı basqınları deyil, haqlı olaraq inkişafı, demokratiyanı və beynəlxalq inteqrasiyanı dəstəkləyirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə