Şura beynəlxalq konfransa dəstək verəcək

Şura Litvanın Avropa Birliyinə sədrliyi ilə əlaqədar keçiriləcək beynəlxalq konfransa dəstək verəcək
Şura beynəlxalq konfransa dəstək verəcək

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurası, Demokratik Siyasət İnstitutu və Avropa Parlamentinin Xalq Partiyası siyasi qrupu ilə birgə iyunun 6-dan 8-dək Vilnüs şəhərində keçiriləcək Litvanın AB-nin sədrliyinə həsr edilən "Dəyərlər və siyasət: Avropanın xristian kökləri" adlı beynəlxalq konfransın təşkilində iştirak edəcək.

SİA-ya verilən məlumata görə, Beynəlxalq tədbirdə Avropa Parlamentinin, Avronest PA-nın üzvlərinin, nüfuzlu dövlət xadimləri və diplomatların iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, 1 iyun 2013-cü ildən Avropa Birliyinə Litva sədrlik edəcək. Göstərilən tarixdən sonra ilk dəfə təşkil olunan bu mühüm beynəlxalq konfransda Avropanın nüfuzlu siyasi şəxsləri adıçəkilən qitənin gələcək prioritet istiqamətləri ilə bağlı müzakirələr aparacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə